Sürücü tuneldən əks istiqamətdə çıxdı, sərnişin isə ona haqq qazandırdı - VİDEO

Paytaxtın “Koroğlu” metrosunun yaxınlığında qayda pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 18-də saat 09:00 radələrində “Alov” parkı istiqamətindən Böyükşor bulvarına düşən yolda qeydə alınıb. Kadrlardan görünür ki, 77-EB-338 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin sürücüsü tunel çıxışında əks istiqamətə daxil olaraq hərəkət edib və qarşıdan gələn nəqliyyat vasitəsinə qəza şəraiti yaradıb.
Daha sonra avtomobildə olan sərnişin sürücüyə yol nişanlanma xəttinin olmadığı barədə irad bildirib. Bir müddət sonra isə sürücü manevr edərək yolun sağ zolağına qayıdıb və hərəkətini davam etdirib.
Qeyd edək ki, yol nişanlanma xətlərinin olmaması əks istiqamətdə hərəkət üçün əsas yaratmır. Sürücülər yolun hərəkət istiqamətinə uyğun sağ tərəfi ilə hərəkət etməli, sol hissənin əks istiqamətli yol olduğunu nəzərə almalıdırlar. Bu tələblərə əməl olunmaması inzibati məsuliyyət yaradır və yol-nəqliyyat hadisəsi riskini artırır.
Nərmin
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO












