Sürücü və sərnişin növbə ilə yolu zibillədi – İrada isə görün necə cavab verdilər - VİDEO

Paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində qayda pozan sürücü və sərnişin avtomobil kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə iyulun 11-də saat 15:55 radələrində Elzar Yusubov küçəsində qeydə alınıb.
Kadrlardan görünür ki, 77-PQ-210 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin ön oturacağında əyləşən sərnişin əvvəlcə selofan paketi yolun hərəkət hissəsinə atır. Bir qədər sonra isə sürücü yediyi qidanın qablaşdırmasını avtomobildən çölə tullayır. Ardınca sərnişin də qida qablaşdırmasını eyni qaydada yola atır.
Hadisənin şahidi olan arxadan gələn avtomobilin sürücüsü daha sonra həmin nəqliyyat vasitəsinə yaxınlaşaraq sürücü və sərnişinə iradını bildirib. Lakin “Mercedes”in sürücüsü buna “Hə, gördük, sağ ol. Get işinlə məşğul ol” sözləri ilə cavab verib.
Qeyd edək ki, məişət tullantılarının avtomobildən yolun hərəkət hissəsinə atılması həm ətraf mühitin çirkləndirilməsinə səbəb olur, həm də digər hərəkət iştirakçıları üçün xoşagəlməz vəziyyət yaradır. Bu cür davranış qanunvericiliyə zidd olmaqla yanaşı, sürücülərin və sərnişinlərin ictimai məsuliyyətini də sual altına qoyur.
Nərmin
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO












