Sürücülər cərimə barədə məlumatı necə almalıdır? - Diqqətli olun, vəsiqəsiz qala bilərsiz!

Cərimə barədə vaxtında bildiriş almayan sürücülər narazılıq edir. Saytımıza daxil olan şikayətdə bildirilir ki, sürücü qayda pozuntusu ilə bağlı SMS almayıb və cərimədən yalnız Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən sonradan göndərilən məktub vasitəsilə xəbər tutub. Məktubda EQ üzrə cərimə 2 ay ödənilmədiyi üçün avtomobilin duracağa aparılacağı və sürücülük hüququnun 6 ay məhdudlaşdırılacağı qeyd olunub.
Avtosfer.az xəbər verir ki, demokrat.az-a açıqlamasında hüquqşünas Ərşad Hüseynov bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 57-ci və 125-ci maddələrinə əsasən, sürücü barəsində elektron qaydada cərimə tənbehi tətbiq edildikdə, həmin qərar Mərkəzi İnformasiya Sistemi üzərindən ASAN ödəniş sisteminə ötürülür: “ASAN ödəniş sistemi vasitəsilə də sürücüyə cərimə ilə bağlı məlumat göndərilir. Məlumatlandırma bir neçə üsulla həyata keçirilə bilər. Əgər sürücünün sistemdə elektron poçt ünvanı qeyd edilibsə, məlumat e-mail vasitəsilə göndərilir. Mobil telefon nömrəsi mövcud olduqda isə sürücüyə ASAN ödəniş sistemi üzərindən SMS bildirişi çatdırılır. Bu üsullar mümkün olmadıqda, qərar çap olunaraq poçt vasitəsilə sürücünün ünvanına göndərilə bilər. Əgər poçtla çatdırılma da mümkün olmazsa, sürücü yolda saxlanılarkən ona qərar barədə məlumat verilə bilər. Qanunvericiliyə əsasən, sürücünün cərimə ilə bağlı qərar haqqında mütləq şəkildə məlumatlandırılması vacibdir. Sürücü rəsmi qaydada məlumatlandırılmadığı müddətdə həmin qərar qüvvəyə minmir. Qərar qüvvəyə minmədikdə cərimənin üzərinə faiz hesablanması, nəqliyyat vasitəsinin saxlanılması və ya sürücülük hüququnun məhdudlaşdırılması mümkün deyil”.
O deyib ki, məlumatlandırma baş verdikdən sonra sürücünün qərardan şikayət vermək üçün 20 gün müddəti olur: “Bu müddət ərzində şikayət edilmədiyi halda qərar qüvvəyə minir. Qərar qüvvəyə mindikdən sonra isə mərhələli şəkildə müvafiq tədbirlər görülə bilər. Belə ki, müəyyən müddət ərzində ödəniş edilmədikdə cərimənin üzərinə faiz tətbiq oluna, daha uzun gecikmə hallarında nəqliyyat vasitəsi saxlanıla və məhkəmə qərarı ilə sürücülük hüququ müvəqqəti olaraq məhdudlaşdırıla bilər. Bütün bu tədbirlər yalnız qərar rəsmi qaydada sürücüyə çatdırıldıqdan və qüvvəyə mindikdən sonra tətbiq edilə bilər. Əgər sürücü qərar barədə məlumatlandırıldıqdan sonra cəriməni ödəyərsə, nəqliyyat vasitəsinin saxlanılması dərhal ləğv olunur və sürücülük hüququnun məhdudlaşdırılması məsələsi gündəmdən çıxır. Yəni görülən tədbirlərin əsas məqsədi sürücünü cəzalandırmaq deyil, cərimənin ödənilməsini təmin etməkdir”.
Zağulba yolunda velosiped zolağını parkinqə çevirdilər – ETİRAZ - VİDEO
Bakıda sürücü təcili yardımın arxasına sığınıb qaydaları pozdu - VİDEO
Bakıda "qırmızı"da keçən avtomobil zəncirvari qəza törətdi - ANBAAN VİDEO
Əks yolda ötmə edən sürücü qarşıdan gələn maşını yoldan çıxartdı - VİDEO
Qəza zamanı avtomobili yerindən tərpətmək olar, yoxsa yox? – Ekspert AÇIQLADI - VİDEO
Bu yolda tıxac belə yaranır - 3 zolağı 4 edənlər, təcili yardıma yapışanlar - VİDEO
Piyada keçidində yol vermək üstündə mübahisə: “Sən niyə dayanmısan?” - VİDEO
Sədərək yolunda qayda pozan sürücü özündən çıxdı: Hələ qapını açıb… - VİDEO
Sürücü eyni anda 2 qayda pozdu: Sağdan gəlib qırmızıda keçdi - VİDEO
Sürücünün yola atdığı közərmiş siqaret kötüyü motosikletçinin üzərinə düşdü - VİDEO
Qırıq xətti qoyub bütöv xətdə 2 dəfə ötmə edərək təhlükə yaratdı - 90-NO-151 - VİDEO










