Sürücülər cərimədən yayınmaq üçün avtomobillərin nömrəsini gizlədirlər - FOTO

Bakının Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən Sarayevo küçəsində bəzi sürücülərin cərimədən yayınmaq məqsədilə avtomobillərinin dövlət qeydiyyat nişanlarını gizlətdiyi iddia olunur.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkədə yayılan görüntülərdə avtobus dayanacağı və piyada keçidinin yaxınlığında avtomobillərin qanunsuz şəkildə saxlanıldığı, sürücülərin isə müşahidə kameraları tərəfindən cərimələnməmək üçün baqaj qapağını qaldıraraq nömrə nişanını örtdükləri əks olunub.

Bildirilib ki, avtomobillər həmin ərazidə saatlarla qalır. Sürücülər isə ya yaxınlıqdakı obyektlərdə olurlar, ya da səkidə yığılıb söhbət edirlər.
Məsələ ilə bağlı açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis mayoru Toğrul Nəsirli bildirib ki, ərazidə müvafiq tədbir görülüb:
"Sözügedən ərazidə dayanma və durma qaydalarını pozaraq ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasına 15 metrdən az məsafədə avtomobil saxlayan sürücülər barəsində qanunamüvafiq tədbirlər görülüb".


Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO












