Sürücülərin DİQQƏTİNƏ!!! COP29-dan sonra bu zolaqları ləğv ediləcək - VİDEO

Bakıda keçirilən beynəlxalq konfrans paytaxt küçələrində nəqliyyat sahəsində bəzi dəyişikliklərin edilməsinə gətirib çıxardı.

Avtosfer.az xəbər verir ki, COP29 beynəlxalq konfarnsının təşkili ilə bağlı şəhərimizə gələn tədbir iştirakçılarının rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə bəzi küçələrdə xüsusi zolaqlar təşkil edilib və sürücülərkn həmin zolağa girməsi qadağan edilib. Lakin bəzi hallarda yol polisi həmin zolaqdan istifadəyə icazə verir. Bununla yanaşı tədbirin bitməsinə artıq 1 həftədən az müddət qaldığı üçün bu zolaqların aqibəti sürücüləri narahat edən əsas məsələlərdən birinə çevirilib.
Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-ın sosial platforma hesablarında başladılan canlı yayım zamanı bildirib ki, COP29 zolaqlarının 90%-ə qədəri ləğv olunacaq:

"Bu gün şəhərdə çəkiliş apararkən gördük ki, avtobus və COP29 loqolu zolaqlarla bağlı vəziyyət yaxşıdır. Hətta ərazidə xidmət aparan yol-patrul əməkdaşları bildirdilər ki, küçələrdə sıxlığın qarşısının alınması, hərəkəti tənzimləmək üçün sürücülərə avtobus zolaqlarına girməklə bağlı istiqamət verilsə də, sürücülər bu zolaqlara girməyə çəkinir və nəticədə tıxac yaranır. Xüsusilə, bu, Badamdar ərazisində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin yanından üzü "Qurd qapısı"na tərəf olan hissədə və idarənin yanındakı dairədə polis əməkdaşları günün bəzi saatlarında zolağa girməklə bağlı işarə verir. Ona görə də yol polisinin işarələrinə diqqət etmək mütləqdir. Şükürlər olsun ki, COP29 tədbirinin əsas hissəsi artıq bitib, bir çox qonaqlar öz ölkələrinə qayıdıb. Lakin digər qonaqlar hələ də buradadır. Müxtəlif panellərdə görüşlər keçirilməyə davam edir. Qarşıdakı günlərdə tədbirdə iştirakla bağlı vəziyyət daha da səngiyəcək və yollarda rahat hərəkət təmin olunacaq. Tədbirdən dərhal sonra da COP29 loqolu zolaqlara digər sürücülərin də girməsinə icazə veriləcək. Bir çox küçələrdəki zolaqlarda yol nişanı quraşdırılıb ki, filan saatlarda zolağa girmək olar, lakin sürücülər ya qorxudan zolağa girmir, ya da həmin nişana başını qaldırıb baxmır. Ona görə də, gəlin başımızı qaldırıb yol nişanlarına baxaq, telefondan əlimizi çəkək".
Canlı yayım zamanı rəy bildirən izləyicilərin suallarını cavablayan Elməddin Muradlının həmin videosunu sizə təqdim edirik:
Səfər
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO












