Sürücülük vəsiqəsi almaq istəyən 18 yaşlı şəxslər təlimlərə nə vaxt başlaya bilər? – AÇIQLAMA

Azərbaycanda sürücülük hüququnun verilməsi və idarə olunması qaydaları “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu və onun tətbiq mexanizmini tənzimləyən digər normativ hüquqi aktlarla müəyyən edilir. Bu sənədlərdə sürücülük vəsiqəsinin əldə olunması üçün tələb olunan yaş həddi, təlim mərhələləri, imtahanların keçirilmə qaydası və ümumi tələblər öz əksini tapır.
Qanunvericiliyə görə, 18 yaşına çatmış şəxslər müəyyən olunmuş qaydalara uyğun olaraq sürücülük hüququ əldə etmək üçün hazırlıq prosesinə qoşula bilirlər. Bu proses həm nəzəri biliklərin öyrənilməsini, həm də praktiki sürmə bacarıqlarının formalaşdırılmasını əhatə edir. Sürücülük təlimlərinin düzgün təşkili gələcəkdə yol hərəkətində təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Bəs sürücülük hüququ əldə etmək istəyən 18 yaşlı şəxslər təlimlərə nə vaxt başlaya bilər?
Məsələ ilə bağlı deputat Arzuxan Əlizadə Avtosfer.az-a açıqlamasında bildirib ki, qanunvericiliyinə müvafiq olaraq sürücülük vəsiqəsi 18 yaşdan verilir və bunun üçün təbii ki, təlimlərdən keçmək və hazırlıq kurslarını bitirmək tələb olunur:

“Sürücülük vəsiqəsi almaq istəyən şəxs üçün müəyyən olunmuş müddətlər də mövcuddur. 18 yaşın tamam olmasına 6 ay qalmış, yəni 17 yaş 6 ay tamam olmuş şəxslər artıq təlimlərə başlaya və sürücülük vəsiqəsi almaq üçün zəruri addımları ata bilərlər. İmtahanı uğurla keçən şəxslərə yalnız 18 yaş tamam olduqdan sonra B kateqoriyalı sürücülük vəsiqəsi verilir. Bu kateqoriya minik avtomobillərini idarə etmək hüququ verir. Bundan sonra isə C və D kateqoriyaları mövcuddur ki, bunlar müvafiq olaraq yük və sərnişin daşımaları üçün nəzərdə tutulub. Yük daşımaları üçün C kateqoriyası üzrə sürücülük vəsiqəsi almaq üçün 21 yaş, sərnişin daşımaları üçün isə D kateqoriyası üzrə 24 yaş tələbi mövcuddur. Bu kateqoriyalar üzrə də imtahan verərək müvafiq sürücülük vəsiqəsi əldə etmək mümkündür. Bundan əlavə, təlimlərə qoşulmaq üçün sağlamlıq arayışı tələb olunur. Şəxs sağlamlıq arayışı aldıqdan sonra şəxsiyyət vəsiqəsi ilə birlikdə müraciət edərək təlim prosesinə qatıla bilər”.
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı isə deyib ki, 17 yaşında olan şəxslər təlimlərə qatıla, yol hərəkəti qaydalarını öyrənə bilərlər. Lakin sürücülük vəsiqəsi almaq üçün imtahana yalnız 18 yaş tamam olduqdan sonra daxil olmaq mümkündür:

“Moped sürücüləri üçün isə A və A1 alt kateqoriyası üzrə sürücülük vəsiqəsi almaq qanunla 14 yaşdan etibarən mümkündür. Mart ayından bu qanun qüvvəyə minib. Ümumilikdə, əvvəllər 18 yaşı tamam olmayan şəxslərə də avtomobil idarə etmək üçün müəyyən hallarda sürücülük vəsiqəsi verilirdi. Lakin bu vəsiqə əsasən hərbi xidmətə çağırılan və yararlı hesab edilən şəxslərə şamil olunurdu. Onlar 18 yaş tamam olduqdan sonra hərbi xidmətə gedir və xidmət dövründə sürücü kimi vəzifə icra edirdilər. Həmin sürücülük vəsiqəsi də daha çox hərbi xidmət çərçivəsində istifadə olunurdu. Bu cür qaydalar qanunvericiliklə tənzimlənir və zamanla dəyişikliklərə məruz qala bilir”.
Nurcan Babək
İkisi də qayda pozdu; üzr istəmək əvəzinə qışqırıb özünü haqlı saydı - VİDEO
Qəzaya düşən deputat KİMDİR?
Nərimanovdakı 2 zolaqlı küçədə parklanan maşınlar tıxac yaradır - VİDEO
Tıxacda gözləməyib adacığı hərəkət zolağına çevirdi – 10-RR-720 - VİDEO
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO












