Banner

Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO

Qaydalar 12 Noyabr 2026 18:15
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260   - VİDEO
WhatsApp kanalımıza abunə olun

Paytaxtın Nərimanov rayonunda parklanma qaydalarını pozan sürücü kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə noyabrın 12-də saat 16:12 radələrində Xəlil Rza Ulutürk küçəsində qeydə alınıb.

Görüntülərdə 99-QR-260 dövlət nömrə nişanlı “Ford” markalı avtomobilin təhlükəsizlik adacığının üzərində saxlanıldığı əks olunub.

Qeyd edək ki, təhlükəsizlik adacıqları nəqliyyat vasitələrinin hərəkətini nizamlamaq və hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Bu ərazilərdə avtomobil saxlamaq yol hərəkəti qaydalarının pozulması hesab olunur.

Nərmin

bax.tvhttps://bax.tv/embed/228788.html

 

 

Oxunub : 46
ŞƏRH YAZ
Ad

E-mail

Şərh