Telefona qurdalanaraq 90-lıq yolda 60-la sürmək etik deyil – EKSPERT – VİDEO

Nəqliyyat sektorunda sürücülərin yolda yaratdığı ləngimələr, xüsusilə də qoyulmuş sürət həddindən xeyli aşağı sürətlə hərəkət etmələri uzun müddətdir ictimai narazılıq yaradan məsələlərdən biridir. Dünyanın bir çox ölkəsində bu məsələ ilə bağlı müxtəlif cəza və nəzarət mexanizmləri tətbiq edilsə də, praktikada hər zaman gözlənilən nəticə əldə olunmur.
Avtosfer.az xəbər verir ki, bu fikirləri nəqliyyat eksperti Elməddin Muradlı “Avto FM”in efirində səsləndirib.
Ekspertin sözlərinə görə, bəzi sürücülər yüksək sürət icazəsi olan yollarda minimal sürətlə hərəkət etməklə həm yolda süni tıxac yaradır, həm də digər hərəkət iştirakçılarının əsəb və stress yaşamasına səbəb olurlar:
Boş yer var, amma ikinci cərgədə dayanıb – 77-FR-063 – VİDEO
“Gələcəkdə bu məsələ ilə bağlı ayrıca normativə baxmaq olar. Məsələn, Aeroport yolunda zolaqlar üzrə 70 və 90 kilometr-saat sürət həddi var. Amma 90-lıq zolaqda 60-la getmək artıq ədəbsizlik kimi görünür. Sağ tərəfdə 70-lik zolaq var, orada 60-la gedə bilərsən, heç kim də irad tutmaz”.
Elməddin Muradlı bildirib ki, yüksək sürətə görə cərimə mövcuddur, lakin həddindən aşağı sürətlə hərəkətə görə cərimə tətbiq edilmir.
Onun sözlərinə görə, belə halların əsas səbəbi sürücülərin diqqətinin yayınmasıdır:
“Əksəriyyətində problem odur ki, sürücünün başı qarışıq olur. Biri telefona baxır, digəri fikrən tam başqa yerdədir. Təhlükə də elə buradan yaranır”.
Ekspert qeyd edib ki, bu məsələ ilə bağlı cərimələndirmənin tərəfdarı olmasa da, sürücülərin məsuliyyəti dərk etməsi və minimum etik qaydalara əməl etməsi vacibdir.
Eltac Zülfüqaroğlu
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO












