Telefonla məşğul olan sürücü əks istiqamətdə hərəkət edib təhlükə yaratdı - VİDEO

Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi ərazisində qayda pozan sürücü avtomobilin videoregistratoruna düşüb.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Instagram” ünvanına videomaterial göndərərək məlumat verib. Hadisə iyunun 13-də saat 18:16 radələrində qeydə alınıb. Belə ki, ara yoldan çıxan 77-LF-628 dövlət nömrə nişanlı “KIA” markalı avtomobilin sürücüsü əks istiqamətdə hərəkət edib və bu zaman geriyə dönmə manevri edən digər sürücüyə qəza şəraiti yaradıb. İzləyicinin məlumatına görə, qarşı tərəf son anda siqnal verərək toqquşmanın qarşısını alıb. Eyni zamanda qayda pozan sürücünün sükan arxasında mobil telefondan istifadə etdiyi də iddia olunur.
Qeyd edək ki, diqqətin telefona yönəlməsi risk faktorunu bir neçə qat artırır. Xüsusilə ara yollarla əsas yola çıxış zamanı bir neçə saniyəlik diqqətsizlik belə qarşılıqlı manevrləri qəza həddinə gətirə bilir.
Nərmin
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO












