Texniki baxış zamanı saxtakarlıq edənlər nə qazanır? - Ekspert AÇIQLADI

Bakıda avtomobillərin texniki baxışından keçmək üçün tələb olunan avadanlıqların yanğınsöndürən balon, ilkin tibbi yardım çantası və digər zəruri vasitələrin icarəyə verilməsi ilə bağlı sosial şəbəkələrdə reklamların yayılması müşahidə olunur.
Belə halların qarşısını almaq üçün hansı tədbirlər görülə bilər?
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-a açıqlamasında bildirib ki, bu, heç də yaxşı hal deyil:

“Çünki avtomobildə lazım olan həmin avadanlıqlar görüntü xatirinə, müvəqqəti və ya icarə üçün olmamalıdır. Bunlar qəbul olunan hal deyil.
Dərman qutusu vacibdir. Düzdür, onun tərkibi mübahisə və müzakirə oluna bilər. Siyahıda elə dərmanlar var ki, müəyyən temperaturda zərərli ola bilər. Bunu tibb işçiləri daha yaxşı izah edirlər. Dəfələrlə bununla bağlı araşdırma aparmışam, həkimlərlə danışmışam və onlar da etiraf edirlər ki, həmin dərmanların yüksək temperaturda saxlanılması yol verilməzdir.
İndi Səhiyyə Nazirliyi bu siyahını müəyyənləşdirib, düşünürəm ki, ona yenidən baxmaq olar. Amma qanun bunu tələb edirsə, dərman qutusu avtomobildə olmalıdır”.
Ekspert əlavə olaraq qeyd edib ki, qəza üçbucağı nişanı da vacibdir:
“Çünki dəfələrlə yollarda texniki nasaz avtomobillər qalıb və qəza üçbucağı lazımi məsafədə quraşdırılmadığı üçün digər avtomobillər gəlib həmin nəqliyyat vasitəsinə çırpılıb və ya yolda sıxlıq yaranıb. Sürücülər yolda qalan avtomobili əvvəlcədən görmür və nəticədə vaxtında manevr edib istiqaməti dəyişə bilmirlər. Bu da tıxaca səbəb olur. Yanğınsöndürən balon da çox vacib elementdir. Bu, hər bir avtomobildə olmalıdır və qanunun tələbidir. Sürücülər onu avtomobildə daim saxlamağa borcludurlar. Qanun tələb edir ki, ən azı 2 litrlik yanğınsöndürən balon avtomobildə olsun.
Son illər avtomobillərdə qəfil alışmaların baş verdiyini görürük və bu, ciddi təhlükədir. Siz müvəqqəti olaraq üç günlük balon alıb texniki baxışdan keçə bilərsiniz və düşünə bilərsiniz ki, dövləti və ya qurumu aldatdınız. Bəs hadisə baş verəndə nə olacaq? Həmin məhsulu icarəyə verən gəlib sizin avtomobili söndürməyəcək. Dəfələrlə olub ki, yolda qısaqapanmadan kiçik alov yaranıb, sürücü isə balon olmadığı üçün müdaxilə edə bilməyib və avtomobil tamamilə yanaraq yararsız hala düşüb. Halbuki vaxtında müdaxilə olunsaydı, o kiçik alovu söndürmək mümkün idi.
Qəza üçbucağı bahalı əşya deyil təxminən 7-8 manatdır. Yanğınsöndürən balon 13-17 manat arasında dəyişir. Bu, təxminən 25 manat edir. Dərman qutusunun komplektləşdirilməsi də orta hesabla 25-30 manat civarındadır. Ümumilikdə 50-55 manat məbləğ edir.
Düşünürəm ki, hər bir sürücünün bu vəsaiti ayırıb həmin avadanlıqları alaraq avtomobilində daim saxlaması mümkündür”.
Eltac Zülfüqaroğlu
Sərnişin yola zibil atdı, sürücü irada kobud cavab verdi: "Ə get işinlə məşğul ol" - VİDEO
Prospektdə təhlükəli manevr edən sürücü qəzadan güclə yayındı - VİDEO
Avtobusla 3 metrlik yolda geriyə dönmək istəyən sürücü yolu kəsdi - VİDEO
Bir neçə saniyə qazanmaq üçün sürücüləri təhlükəyə atdı - 99-OC-251 - VİDEO
Həm təhlükə yaratdı, həm də təhqir etdi: "Nə var ə bambılı" - VİDEO
Sürücü etdiyi hərəkətin məsuliyyətindən xəbərsizdir: 150 manat cəriməsi var - VİDEO
Tıxacdan yayınan motosikletçi əks yola çıxıb axına qarşı hərəkət etdi - VİDEO
İşıqforun yaşıl işığında qəfil dayanan sürücü qəza şəraiti yaratdı - VİDEO
Bakıda yol kənarını “özəlləşdirdilər” – Sürücülər maşın saxlaya bilmədi - VİDEO
Binədə sürücü hər gün maşını piyada keçidinin qarşısında saxlayıb təhlükə yaradır - 99-LK-176 - VİDEO
“Dayanmağa yer tapmırıq” deyib səkini zəbt edirlər – ŞİKAYƏT - VİDEO










