Tıxacda gözləməyə səbri çatmayan 194-ün sürücüsü əks yola çıxdı - VİDEO

İyunun 9-u avtobus sürücünün qaydaları kobud şəkildə pozması digər sürücülərin narazılığına səbəb olub.
Avtosfer.az xəbər verir ki, 194 nömrəli marşrut avtobusunun sürücüsünün Yasamal rayonunda qayda pozması sərnişinlərin də həyatını təhlükəyə atıb. Belə ki, rayonun Abdulla Qarayev küçəsindən üzü Kənar Dairəvi yola tərəf olan hissəsində “Daewoo” markalı, 99-XT-689 nömrə nişanlı avtobusun sürücüsü yaranan tıxacdan çıxmaq üçün əks yola çıxıb. Nəqliyyat vasitəsilə təhlükəli davranışlar göstərən sürücünün bu hərəkəti digər avtomobilin sürücüsü tərəfindən lentə alınıb.
Avtosfer.az-ın sosial şəbəkə heabına şikayət edən şəxs bildirib ki, bu avtobusların sürücüləri hər dəfə məhz səhər saatlarında bu şəkildə qaydaları pozur. Həm əks yoldan gələnlərə maneə yaradır, həm də avtobusdakı sərnişinlərin həyatını təhlükəyə atır.
Səfər
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO












