Banner

Tıxacda gözləməyib adacığı hərəkət zolağına çevirdi – 10-RR-720 - VİDEO

Qaydalar 13 Noyabr 2026 17:00
Tıxacda gözləməyib adacığı hərəkət zolağına çevirdi – 10-RR-720   - VİDEO
WhatsApp kanalımıza abunə olun

Bakıda qayda pozan sürücü avtomobilin kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə noyabrın 13-də saat 08:28 radələrində Əbdülvahab Salamzadə küçəsində qeydə alınıb.

Yaranan sıxlıqdan yayınmağa çalışan 10-RR-720 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobilin sürücüsü təhlükəsizlik adacığının üzərinə çıxaraq özündən öndə dayanan nəqliyyat vasitəsinin qarşısına keçib.

Qeyd edək ki, təhlükəsizlik adacıqları nəqliyyat axınlarını ayırmaq və yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Sürücülərin bu ərazilərdən hərəkət və ötmə məqsədilə istifadə etməsi yolverilməzdir.

Nərmin

bax.tvhttps://bax.tv/embed/228829.html

 

 

Oxunub : 66
ŞƏRH YAZ
Ad

E-mail

Şərh