Tıxacda vaxt qazanmaq istəyən sürücülər əks yola çıxdı; biri yolu kəsdi - VİDEO

Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülər kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə fevralın 27-də paytaxtın Əliəşrəf Əlizadə küçəsində qeydə alınıb. Belə ki, 77-PN-097 dövlət qeydiyyat nişanlı “Chevrolet”, 77-VD-924 qeydiyyat nişanlı “Changan”, 90-UH-616 qeydiyyat nişanlı “Mercedes” və 77-UC-435 qeydiyyat nişanlı “KIA” markalı avtomobillərin sürücüləri sıxlıq zamanı vaxt qazanmaq məqsədilə əks yola çıxıblar. Sonda isə “KIA” markalı avtomobilin sürücüsü qarşıdan gələn “Mercedes” markalı avtomobilin qarşısını kəsərək onun hərəkətinə mane olub.
Belə qayda pozuntuları təkcə inzibati məsuliyyət yaratmır, eyni zamanda ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilər. Sürücülərdən xahiş olunur ki, tələskənlik və riskli manevrlərdən çəkinərək daha məsuliyyətli davransınlar.
Fərid
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO












