Üç "Mercedes", bir "Nissan" və "QAZ-53" toqquşdu - Gəncədə

Gəncə şəhərində baş vermiş zəncirvari avtomobil qəzasında xəsarət alanların kimlikləri məlum olub. Şəhərin şərq çıxışında "QAZ-53" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Yoldan keçən bir neçə sürücü avtomobillərini saxlayaraq qəzaya düşən şəxsə kömək etmək istəyib. Bu zaman "Bakı-Gəncə" xətti üzrə işləyən "Mercedes" markalı avtobus qarşısındakı "Mercedes" markalı 2 minik avtomobilinə çırpılıb. Zərbənin gücündən həmin avtomobillər də digər maşınlara dəyib. Qəza zamanı avtobusda olan sərnişinlərdən xəsarət alan olmasa da, minik maşınlarında olan 3 nəfər - Əliyev İlqar İsmayil oğlu (1967), Şirani Hüseyn Zahid oğlu (1993) və Verdiyeva Nərmin Alim qızı (1998) xəsarət alıblar. Yaralılar xəstəxanaya aparılıb. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Daha bir neçə nəfərə isə hadisə yerində ambulator yardım göstərilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Report
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












