Velosiped zolağı ilə hərəkət edən sürücü qırmızı işıqda da dayanmadı - 77-LT-710 - VİDEO

Yasamal rayonunda sürücü yol hərəkəti qaydalarını kobud şəkildə pozub.
Avtosfer.az xəbər verir ki, hadisə Məmməd Rahim küçəsinin Mətbuat prospekti ilə kəsişməsində qeydə alınıb. 77-LT-710 dövlət qeydiyyat nişanlı “Daewoo” markalı avtomobilin sürücüsü velosiped zolağı ilə hərəkət edib və işıqforun qarşısında dayanmaq əvəzinə piyada keçidinin üzərində saxlayıb. Daha sonra isə qırmızı işıqda hərəkətə davam edərək qaydanı ikinci dəfə pozub.
Bu cür davranış həm piyadalar üçün ciddi təhlükə yaradır, həm də digər sürücülər üçün qəza riskinə səbəb ola bilər. Qanunvericiliyə əsasən, işıqforun qırmızı işığında hərəkət edən və piyada zolağında dayanaraq keçidi bağlayan, eləcə də velosiped zolağına girən nəqliyyat vasitəsi idarəçiləri barədə protokol tərtib oluna bilər.
İnzibati Xətalar Məcəlləsini 327.2-ci maddəsinə əsasən, qaydaları bu cür pozan sürücülər 100 manat və 3 balla cərimə olunurlar.
Mütəxəssislər bildirirlər ki, bu kimi qayda pozuntuları piyada keçidlərində qəza riskini artıran əsas amillərdəndir. Onların sözlərinə görə, sürücülərin diqqətsiz və məsuliyyətsiz davranışları nəticəsində son illərdə paytaxt yollarında piyadaların iştirakı ilə baş verən hadisələrin sayı artmaqdadır.
Eltac Zülfüqaroğlu
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO












