“Xaliq Faiqoğlu” MMC sərnişinlər arasında sorğu keçirib - FOTO

“Xaliq Faiqoğlu” MMC oktyabrın 29-30-da Bakı şəhərində istismarında olan xətlərdən 4-nün (18, 61, 65 və 85 saylı xətlər) keçdiyi ərazilərdə xidmət səviyyəsinin ölçülməsi və artırılması məqsədi ilə sərnişinlər arasında sorğu keçirib. Bu məqsədlə yaradılmış 10 nəfər şirkət əməkdaşından ibatrət komissiya 5 qrup formasında sərnişinlərin sıx olduğu ərazilərdə onlarla sorğu keçirib. 300 nəfərdən artıq şəxsin iştirak etdiyi sorğuda avtobusun rahatlığı, təmizliyi, avtobuslar arası interval, sürücülərin davranışı və sair kimi bəndlər qiymətləndirilib. Belə ki, sorğu iştirakçılarından 233 nəfəri (80 faizə yaxın) şirkətimizin əhaliyə göstərdiyi xidmətlə bağlı tam məmnuniyyətlərini ifadə ediblər. Digər sorğu iştirakçıları əsasən taksilərin dayanacaq ərazilərini zəbt etməsi, günün müəyyən saatlarında avtobuslar arasındakı intervalın pozulması və ödəmə aparatlarının az olması və ya nasazlığı ilə bağlı irad və təkliflərini bildiriblər.
Sorğunun gedişində xidmət səviyyəsinin qiymətləndirilməsi də həyata keçirilib. Şirkətimizin əməkdaşları sərnişinlərlə maarifləndirici söhbətlər apararaq onlara maraqlı ola biləcək məlumatlar veriblər.
Qeyd edək ki, “Xaliq Faiqoğlu” MMC “SAFA Holding” şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. MMC rəhbərliyinin təsdiqlədiyi tədbirlər planına əsasən ildə iki dəfə sərnişinlər arasında sorğular həyata keçirilir.
Fərid
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO





















