Xəzərdə “Polis uşaqların gözü ilə” - FOTO

Daxili İşlər Nazirliyinin rəhbərliyinin təşəbbüsü ilə məktəblilər arasında narkomaniyaya qarşı maarifləndirmə kampaniyası və bu sosial bəla ilə mübarizənin daha da gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Növbəti belə tədbirXəzər rayonu Şüvəlan mədəniyyət evində rayon polis idarəsinin təşkilatçılığı ilə keçirilib. “Narkomaniya sosial bəladır” və “Polis uşaqların gözü ilə” mövzularını əharə edən tədbirdə Xəzər rayonu 230 saylı ortaməktəbin və A.S. Makarenko adına gimnaziyanın 300-dən çox müəllim və şagirdi, valideynlər, Xəzər Rayon Polis İdarəsinin zabit heyəti və hüquq-mühafizə orqanlarının nümayəndələri, həkim-narkoloq iştirak edib.Çıxış edənlər narkomaniyanın yayılma səbəbləri, törətdiyi təhlükələr, narkomaniyaya qarşı mübarizə haqqında şagirdləri məlumatlandırıb.Tədbirdə rayon polis şöbəsinin rəisi, polis polkovniki Azər Muradov çıxış edərək yetkinlik yaşına çatmayanlar arasında hüquqazidd əməllərin, narkomaniya və digər zərərli vərdişlərin sosial bəlaya gətirib çıxardığını və bu tip maarifləndirici tədbirlərin yeniyetmələrin təlim-tərbiyəsində xüsusi əhəmiyyətinin olduğunu qeyd edib.Xəzər Rayon Polis İdarəsi rəisinin şəxsi heyət üzrə köməkçisi, polis polkovniki İsmayıl Qasımov və Polis Akademiyasının İnzibati hüquq kafedrasının müəllimi, polis polkovnik-leytenantı Vüqar Mansurov “Polis uşaqların gözü ilə” mövzusunda çıxış edərək gənclərə vətənimizə, dövlətimizə sadiq olmağı, vətən uğrunda canlarını fəda etmiş qəhrəman polislərimizin keçdikləri döyüş yolundan nümunə götürməyi, vətənpərvərlik ruhunda böyümələrini tövsiyyə ediblər.Daha sonra qeyd edilən təhsil ocağında nümunəvi davranışları və fəallıqları ilə seçilən şagirdlərə Xəzər RPİ-nin əməkdaşları tərəfindən xüsusi diplomlar və hədiyyələr təqdim olunub. Tədbirdə çıxış edən digər ictimaiyyət nümayəndələri şagirdlərə öz tövsiyələrini veriblər.Sonda şagirdlərin və valideynlərin suallarına cavab verilib və "Narkomaniya bəşəriyyətin bəlasıdır!" adlı sənədli filmi nümayiş olunub.
Emin
"BakuBus" sürücüsünün təhlükəli hərəkəti: Avtomobilin yolunu kəsdi - VİDEO
Bakıda gözlənilməz qəza: Qırmızıda keçən velosipedçi maşına çırpıldı - VİDEO
Gəncədə KIA “Opel”lə toqquşdu - Yaralılar var - FOTOLAR
Qayda pozan sürücü təhlükə yaratdığı maşına siqnal da verdi - VİDEO
Narkotik qəbul edib sükan arxasına keçən şəxs həbs olundu - FOTO
“Yol ver” nişanını gözardı edən sürücü motosikletçini təhlükəyə atdı - VİDEO
Qaydaları hələ də mənimsəməyən sürücü yolayrıcında qəza şəraiti yaratdı - VİDEO
Qayda-qanundan danışan Səidə Bəkirqızı ardıcıl qayda pozdu - VİDEO
Şəhərin mərkəzində “hoqqa” verən velosipedçi görün özünə necə haqq qazandırdı - VİDEO
“VAZ” sürücüsündən təhlükəli manevr: Qarşıdan gələn maşının üzərinə sürdü - VİDEO
Bir zolağa yerləşməyən sürücü ikinci zolağa keçib motosikleti sıxışdırdı - VİDEO















