Yasamalda piyada zolağını zəbt edən sürücülərlə bağlı tədbir görüldü - FOTO - YENİLƏNİB

Yasamal rayonunun Məhəmməd Naxçıvani küçəsində dayanma və durma qaydalarını pozaraq piyadaların və digər nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinə maneə yaradan sürücülər barəsində qanunamüvafiq tədbirlər həyata keçirilib.
Bu barədə məlumat Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) verilib.
"Bir daha sürücülərdən xahiş edirik ki, dayanma və durma qaydalarına ciddi şəkildə riayət etsinlər", - deyə məlumatda bildirilib./oxu.az
***13:48
Bakının Yasamal rayonunda, Məhəmməd Naxçıvani küçəsində avtomobillərin piyada zolağının üstündə saxlanılması sakinlərin narazılığına səbəb olub.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-ın qaynar xəttinə şikayət daxil olub.

Bildirilib ki, İlahiyyat İnstitutunun yaxınlığında yerləşən piyada keçidləri hər gün avtomobil sürücüləri tərəfindən zəbt edilir. Nəticədə piyadalar intensiv hərəkətin olduğu yolda qarşı tərəfə keçməkdə çətinlik çəkirlər.
"Problemin hər gün təkrarlanmasına baxmayaraq, indiyədək müvafiq tədbir görülməyib. Onlar cərimə olunsalar, hər gün eyni hal təkrarlanmaz", - deyə şikayətçi bildirib.



Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO












