Yeni xəttə buraxılan avtobusda qəza - FOTO

Bakıda yeni xəttə buraxılan avtobus qəzalı anlar yaşayıb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə ötən gün axşam saatlarında qeydə alınıb. 160 və 139 nömrəli marşrut xətləri üzrə hərəkət edən avtobusların toqquşması nəticəsində yeni xəttə buraxılan 160 nömrəli avtobusa ziyan dəyib, avtobusun yan şüşələri sınıb. Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, qəza "Koroğlu" Nəqliyyatı Mübadilə Mərkəzində baş verib: "Hadisə ötən gün saat 19:00 radələrində "Koroğlu" Nəqliyyatı Mübadilə Mərkəzində baş verib. 160 nömrəli avtobus dayanacaqda gözləyərkən 139 nömrəli avtobus ona yan tərəfdən dəyib. Xoşbəxtlikdən qəza zamanı xəsarət alan olmayıb".
Qeyd edək ki, bir müddət əvvəl 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyətinin yenilənmiş avtobuslarla həyata keçirilməsinə başlanıb. Xətt üzrə xidmət göstərən "Ayşən LTD" MMC ilə bağlanan müqaviləyə xitam verilib. Bakı Nəqliyyat Agentliyinin İdarə Heyəti sədrinin müvafiq sərəncamına əsasən, xətt üzrə sərnişindaşıma xidmətinin göstərilməsi “Çinar-Trans” MMC-yə həvalə edilib.

Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












