Yol polisi sürücülərin hər gün etdiyi səhvin görüntülərini yaydı – Biabırçılıq - VİDEO

Yol hərəkəti qaydalarına əməl etmək hər bir sürücünün əsas vəzifəsidir.
Xüsusilə, hərəkət zolaqlarının düzgün seçilməsi, zolaqlar üzrə nizamlı davranış sürücü mədəniyyətinin vacib göstəricisidir.
Avtosfer.az xəbər verir ki, yolun zolaqlara bölünməsi hərəkətin tənzimlənməsinə, axıcılığın təmin olunmasına, istiqamətlərin aydın müəyyənləşdirilməsinə və ən əsası yol-nəqliyyat hadisələrinin qarşısının alınmasına xidmət edir.
Xaçmazda narkoman sürücülər həbs edildi - FOTO
Təəssüf ki, bəzi sürücülər intizamsız davranaraq nişanlanma xətlərinin tələblərinə məhəl qoymur, digər nəqliyyat vasitələrini nəzərə almadan, tez-tez zolaq dəyişir, lüzumsuz manevrlər edirlər. Nəticədə yollarda qarışıqlıq, süni sıxlıq yaranır və qəza riski əhəmiyyətli dərəcədə artır.
Unutmayaq ki, zolaqlar üzrə intizamlı hərəkət yol mədəniyyətinin, qaydalara hörmətin və digər hərəkət iştirakçılarına qarşı məsuliyyətin göstəricisidir.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək xatırladıb ki, hərəkət zolaqlarını dəyişmək yalnız qaydalar çərçivəsində və mütləq dönmə siqnalı verilməklə həyata keçirilməlidir. Hər kəs məsuliyyətli davranarsa, yollarımız daha təhlükəsiz, hərəkət isə daha rahat və səmərəli olar.
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO












