Yol polisi telefondan istifadə edən sürücülərə qarşı reydlərə başladı - VİDEO

Bu günədək aparılan müşahidələr və statistik göstəricilər sübut edir ki, sükan arxasında sürücünün diqqətinin yayınması yol-nəqliyyat hadisələrinin baş verməsinin əsas səbəblərindən biridir. Hərəkət zamanı mobil telefonu əldə saxlamaqla istifadə etmək sürücünün reaksiya vermə müddətini azaldır və təhlükəli vəziyyətin vaxtında qiymətləndirilməsinə mane olur.
DİN Mətbuat Xidmətindən Avtosfer.az-a bildirilib ki, yol polisi tərəfindən keçirilən növbəti profilaktik tədbir zamanı hərəkət zamanı mobil telefonu əldə saxlamaqla ondan istifadə edən sürücü müəyyən olunub. Onunla maarifləndirici söhbət aparılmaqla qanunvericiliyin tələbləri diqqətinə çatdırılıb.
Bakıda 19 yaşlı motosiklet sürücüsünün öldüyü qəzanın yeni VİDEOsu
Unutmaq olmaz ki, sürücü yalnız öz həyatına deyil, piyadaların, sərnişinlərin və digər hərəkət iştirakçılarının da təhlükəsizliyinə birbaşa cavabdehdir. Bir neçə saniyəlik diqqətsizlik ağır nəticələrə, bəzən isə geri dönüşü olmayan faciələrə səbəb ola bilər. Ona görə də hər bir sürücünü məsuliyyətli olmağa və təhlükəli davranışlardan çəkinməyə çağırırıq.
Yanaşı parklanan maşınlar yolu kəsib hərəkəti çətinləşdirirlər - FOTO
Yüksək sürətlə qırmızıda keçən sürücü piyadanı qorxuya saldı - VİDEO
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO












