Yol qəzası törədərək hadisə yerindən yayınan sürücü tapıldı

Sumqayıt şəhərində piyadanın xəsarəti ilə nəticələnmiş yol qəzasını törədərək hadisə yerindən yayınan sürücü polis əməkdaşları tərəfindən saxlanılıb. DİN Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, dekabrın 17-də saat 20 radələrində Sumqayıt şəhərinin Metallurq küçəsində yolu keçən şəhər sakini Rüstəm Babaşovun müəyyən edilməmiş avtomobillə vurulması nəticəsində aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb və yol qəzasının “Hyundai” markalı avtomobillə törədildiyi müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri ilə hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsini idarə edən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Vasif Quliyev polis əməkdaşları tərəfindən saxlanılılıb.
Araşdırma aparılır.
Emin
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












