Yolayrıcını düzgün keçməyən sürücü qəza vəziyyəti yaratdı - VİDEO

Paytaxtın Hüseyn Cavid parkı yaxınlığında, Landau küçəsində yol hərəkəti qaydalarının pozulması ilə bağlı təhlükəli anlar yaşanıb.
Avtosfer.az xəbər verir ki, 90-RP-045 qeydiyyat nişanlı "Volkswagen” markalı avtomobil qəfil zolaq dəyişərək arxadan gələn nəqliyyat vasitələri üçün təhlükə yaradıb. Bildirilir ki, sürücü manevr etməzdən əvvəl dönmə siqnalından istifadə etməyib və yolayrıcını keçmə qaydasını pozub.
Nəticədə arxadan hərəkət edən avtomobillər qəza vəziyyətindən yayınmaq üçün kəskin əyləc tətbiq etməli olublar. Xoşbəxtlikdən hadisə yol-nəqliyyat qəzası ilə nəticələnməyib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən sorğumuza cavab olaraq bildirildi ki, sürücü barəsində qanunamüvafiq tədbir görülüb.
Bu cür qayda pozan sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələbinə əsasən, 100 manat və 3 balla cərimələnir.
Eltac
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO












