Yoldakı problemi ifşa edən sürücü qaydaları pozdu – Nişanlar hara yoxa çıxıb?

Nəsimi rayonu Yusif Vəzir Çəmənzəminli küçəsində “Olimpik Starın” qarşısındakı yolda yol nişanları görünmür. Səbəb isə yol kənarındakı ağac budaqlarının həddindən artıq böyüməsi və nişanların tam üzərinə düşməsidir. Yarpaqlar nişanların önünü bağladığı üçün sürücülər hərəkət zamanı tələbləri tam qavraya bilmir. Bu da həm qayda pozuntusu riskini artırır, həm də qəza ehtimalını yüksəldir.
Sürücülərin sözlərinə görə, düzünə və sağa, həmçinin “Yol ver” kimi əsas nişanlar artıq görünməz vəziyyətə düşüb. Sürücülərdən biri yaranan vəziyyəti qeydə alaraq sosial şəbəkələrdə paylaşıb, vəziyyətdən narazılıq edib. Bununla yanaşı, sürücünün videoda bəzi hərəkət qaydalarını düzgün şərh etmədiyi də müşahidə olunur. Belə ki, əslində, svetofor işlədikdə nişanlar qüvvədən düşür. Videonu yayan sürücü isə qarşıdan gəlib sola dönən sürücülərə yol verir. Hansı ki, onlar sola dönərkən sağdan gələn bu sürücüyə yol verməlidir.

Nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-a bildirib ki, belə problemləri işıqlandıran sürücülərə təşəkkür etmək lazımdır. Ən azından, məsul qurumlar problemləri görüb həll edə bilər. Lakin ümumilikdə, bu cür problemli nöqtələr çoxdur. Bu videoda qeyd olunan ərazi isə olduqca təhlükəlidir. Çünki əvvəlcədən bilən olmasa orada ağac budaqları arasında nişan olduğunu görmək mümkün deyil: “Təəssüflə deyirəm ki, Yaşıllaşdırma İdarəsi, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu məsələlərə məsuliyyətsiz yanaşır. Nəticədə onların səhvi ucbatından hər il nə qədər sürücü qəzaya düşür və ya cərimə ödəyir”.
Nurcan Babək
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO












