Yolu boş görən sürücü işıqforu heçə sayıb hərəkətini davam etdirdi - VİDEO

Paytaxtın Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsində yol hərəkəti qaydalarının kobud şəkildə pozulduğu an kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 18-də saat 18:35 radələrində qeydə alınıb. Kadrlardan görünür ki, “BMW” markalı avtomobilin sürücüsü işıqforun qırmızı işarəsinə məhəl qoymadan, yolun boş olmasından istifadə edərək yolayrıcına daxil olur və hərəkəti davam etdirir.
Sürücü xətanı törədərkən yolayrıcında digər nəqliyyat vasitəsi olmasa da, bu hal yenə də riskli vəziyyət yaradır. Belə ki, yolun boş görünməsi qəfil başqa avtomobilin yolayrıcına daxil olması ehtimalını istisna etmir və qəza şəraiti yarana bilər. İşıqforla nizamlanan yolayrıclarında isə yolun vəziyyətindən asılı olmayaraq, sürücü mütləq şəkildə siqnalların tələbinə uyğun hərəkət etməlidir.
Nərmin
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO












