Yolu hardan gəldi keçən piyada: “Qanunu saymıram” - VİDEO

Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi piyadalar hələ də piyada zolağı olmayan ərazilərdən keçməkdə davam edirlər.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı təlimçi Arzu Babazadə “Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzinin yaxınlığında müşahidə etdiyi təhlükəli vəziyyəti gündəmə gətirib.
Onun sözlərinə görə, həmin ərazidə valideynlərin övladları ilə birlikdə “zebra”nın çox yaxın məsafədə olmasına baxmayaraq, piyada keçidi olmayan hissədən yolu keçməsi narahatlıq doğurur. Təlimçi bildirib ki, belə hallarda valideynlər həm özlərini, həm də övladlarını ciddi təhlükə altına atırlar.
Arzu Babazadə qeyd edib ki, o, vəziyyətin təhlükəli olduğunu bildirərək valideynlərə dəfələrlə xəbərdarlıq edib. Lakin buna baxmayaraq bəzi valideynlər irada etinasız yanaşaraq “qanunu saymıram” deyərək deyib təlimçi ilə kobud rəftar ediblər.
Təlimçi vurğulayıb ki, bu cür məsuliyyətsiz davranışlar həm uşaq təhlükəsizliyi, həm də ümumi yol hərəkətinin təhlükəsizliyi baxımından qəbuledilməzdir. Onun sözlərinə görə, piyada keçidlərinin məqsədi və əhəmiyyəti barədə maarifləndirici tədbirlərin artırılmasına ciddi ehtiyac var.
Eltac
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












