Yolun boşluğundan sui-istifadə edən sürücü qaydaları kobud şəkildə pozdu - VİDEO

Paytaxtın Səbail rayonu, Bibiheybət yolunda ard-arda qayda pozan sürücü avtomobilin videoregistratoruna düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə yanvarın 29-da saat 09:42 radələrində qeydə alınıb. Kadrlardan göründüyü kimi, 10-UR-422 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü əks istiqamətli hərəkət zolağına çıxıb və işıqforun qırmızı işığına məhəl qoymadan yolayrıcına daxil olub. Xoşbəxtlikdən həmin an qəza şəraiti yaranmayıb.
Təəssüf ki, bəzi sürücülər yolun boş olmasından sui-istifadə edərək yol nişanlarını və nizamlayıcıları gözardı edirlər. Xüsusilə yolayrıcılarında belə hallara tez-tez rast gəlinir.
Nəticədə sürücülərin by davranışı yalnız özlərinə deyil, digər hərəkət iştirakçılarına da təhlükə yaradır, hətta zəncirvari qəzalara səbəb olur.
Nərmin
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO












