Yolun ortasında nəzarətsiz buraxılan heyvan sürücüyə qorxulu anlar yaşatdı - VİDEO

Yola nəzarətsiz buraxılan iribuynuzlu heyvan təhlükəyə səbəb olub
Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 3-də Şəki rayonu, Aşağı Göynük kəndində qeydə alınıb.
Belə ki, sürücü günün qaranlıq saatlarında hərəkətdə olarkən qəfildən qarşısına iribuynuzlu heyvan çıxıb. Qəzadan yayınmaq üçün sürücü sağa manevr edərək yol çiyninə çıxıb. Videodan da aydın görünür ki, sürücü daha sonra yenidən hərəkət hissəsinə qayıdarkən çətin anlar yaşayıb.
Qeyd edək ki, mal-qaranın yollarda nəzarətsiz buraxılması yol hərəkəti üçün ciddi təhlükə yaradır. Qanunvericiliyin tələblərinə əsasən, mal-qaranı asfalt və sement-beton örtüklü yollarla ötürmək, sutkanın qaranlıq vaxtında və məhdud görünmə şəraitində yola çıxarmaq, eləcə də nəzarətsiz saxlamaq qadağandır.
Belə halların qarşısını almaq üçün heyvan sahibləri mal-qaranı yola nəzarətsiz buraxmamalı, xüsusilə gecə saatlarında onların avtomobil yollarına çıxmasına imkan verməməlidirlər. Qaydanı pozan şəxslər İnzibati Xətalar Məcəlləsinin 338.5-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilə bilər.
Qeyd edək ki, əgər nəzarətsiz buraxılan heyvanın iştirakı ilə qəza baş verərsə və heyvan sahibinin qaydaları pozduğu müəyyənləşərsə, o, həm inzibati məsuliyyətə cəlb edilir, həm də dəymiş zərərin ödənilməsi baxımından məsuliyyət daşıyır.
Fərid
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO












