Yük maşınlarının törətdiyi qəzalarda yol təsərrüfatına ciddi ziyan dəydi – FOTOLAR

Dünən aşağıda adları çəkilən magistral avtomobil yollarında yol nəqliyyat hadisələri zamanı yol təsərrüfatına ciddi şəkildə ziyan dəyib: Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Avtosfer.az-=a bildirilib.
1. M-2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 56-cı kilometriliyində, “Mercedes Benz” markalı, 99-FE-818 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yol-nəqliyyat hadisəsi törədilərək 100 p/m metal təhlükəsizlik səddi və 1 ədəd işıq dirəyi yararsız hala salınıb. Dəyən ziyanın miqdarı 8440 AZN.
2. M-2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 108-ci kilometriliyində, “Kamaz 53229” markalı, 99-HN-592 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yol-nəqliyyat hadisəsi törədilərək 112 p/m metal təhlükəsizlik yararsız hala salınıb. Dəyən ziyanın miqdarı 7212.80 AZN.
3. M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 76-cı kilometriliyində, “Howo” markalı, 99-ED-343 dövlət qeydiyyat nişanlı avtomobil ilə yol-nəqliyyat hadisəsi törədilərək 136 p/m metal təhlükəsizlik səddi yararsız hala salınıb. Dəyən ziyanın miqdarı 8758.40 AZN.
4. M-3 Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 12-ci kilometriliyində, “Kamaz” markalı, 10-CP-082 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yol-nəqliyyat hadisəsi törədilərək 30 metr mühafizə çəpəri yararsız hala salınıb.
Ümumilikdə baş vermiş hadisələr zamanı yol təsərrüfatına 24 min manatdan artıq ziyan dəyib. Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyəti üzrə göndərilib.
Fərid
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO


















