"07" yoldan çıxıb ağaclığa girdi - Bu hala düşdü - FOTO

Masallı rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, Ələt-Astara magistralının rayon ərazisinə düşən 176 km-də "VAZ-2107" markalı "44-BT-038" dövlət qeydiyyat nişanlı avtomaşın idarəetmədən çıxaraq yol kənarındakı beton maneəyə çırpılıb. Yoldan çıxan maşın 2 metr çökəklikdəki ağaclıq ərazidə müxtəlif maneələrə dəyərək 20 metrə qədər hərəkət etdikdən sonra dayanıb. Nəticədə avtomaşında olan 4 nəfər Masallı rayon Kalinovka kənd sakinləri xəsarətlər alıblar. Yaralılar hadisə yerinə cəlb olunan Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası əməkdaşları və ətrafdakıların köməkliyi ilə Masallı Rayon Mərkəzi Xəstəvanasına çatdırılıblar. Xəstəxanadan verilən məlumata, ilkin müayinələrin nəticəsinə görə yaralılardan ikisinin vəziyyəti ağır, daha ikisinin vəziyyəti isə nisbətən tüngüldür. Hələlik müayinələr davam edir.
Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO



















