245 minlik avtomobillə qəzaya düşdü – FOTO

Rusiya millisinin futbolçusu Fyodor Smolov xoşagəlməz hadisə ilə üzləşib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, “Krasnodar” klubunda çıxış edən hücumçunun sahibi olduğu “BMW M5 First Edition” qəzaya uğrayıb. Dəyəri 9 milyon rubldan (təxminən 245 min manat) az olmayan bu avtomobil ötən gecə yüksək sürətlə hərəkət edərək yoldan çıxıb. İki küçənin kəsişməsində baş verən hadisə zamanı Smolovun maşını yol kənarındakı maneənin bir neçə metrini dağıdıb. Nəticədə avtomobil aşıb. Hadisədən zərərçəkən olmayıb. Şahidlər hətta sükan arxasında olan futbolçunun özü maşından çıxaraq qəza yerindən uzaqlaşdığını bildirib. Dünyada 400-ə yaxın, Rusiyada təxminən 20 “BMW M5 First Edition” var ki, Krasnodarda da bu markalı avtomobil yalnız Smolovdadı. Bu ilin yazında alınan maşını neçə aydı Fyodor deyil, onun sevgilisi idarə edirdi. Amma bu dəfə sükan arxasında futbolçunun özü olub. Qeyd edək ki, Smolov daha bir maşına - 30 milyon rubl (816 min manat) dəyərində olan “Lamborghini Aventador”a malikdi.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO













