80 yaşlı qocanı avtomobil vuraraq öldürüb - Bakıda

Bakıda qoca kişini avtomobil vuraraq öldürüb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda baş verib. Belə ki, Hövsan qəsəbəsində O.Şabanov küçəsində yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçən 1938-ci il təvəllüdlü Əlirzayev Cəlal İmran oğlunu minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Həkimlərin verdiyi məlumata görə, o, sağ tərəfli çoxsaylı qabırğa sümüyünün sınığı, qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi diaqnozu ilə xəstəxanaya qəbul edilib. Yaralının vəziyyəti ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən avtotexniki ekspetiza təyin edilib.
Hadisəni törətməkdə şübhəli bilinən sürücü saxlanılıb.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












