97 yaşlı sərnişinin olduğu avtomobil qəzaya düşdü: Yaralılar var

Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun Balakən rayonunun Katex kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az APA-ya istinadla xəbər verir ki, hərəkətdə olan "Mazda" və VAZ-2107 markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər xəsarət alıb. Yaralılar dərhal Balakən Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.
Hadisə zamanı xəsarət alan şəxslər - "Mazda"nın sürücüsü, Zaqatala rayon sakini, 34 yaşlı Nərgiz Nuriyeva, həmin avtomobildə olan sərnişin, 97 yaşlı Səadət Şabanova və VAZ-2107-nin sürücüsü, Balakən rayon sakini, 19 yaşlı Dahil Rəcəbovdur.
Yaralılardan N.Nuriyeva və D.Rəcəbovun vəziyyəti qənaətbəxş, 97 yaşlı S.Şabanovanın vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Füzulidə baş verən qəzada ölən məktəblilər dəfn edildi - FOTO
Biləcəri yolunda qəza: Avtomobillərdən biri ağaclara çırpılıb - FOTO
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO












