ABŞ-də Tesla-nın avtopilotu ilə bağlı ölümcül qəza baş verib

ABŞ-nin Texas ştatında avtopilot rejimində hərəkət etdiyi ehtimal olunan Tesla "Model 3" markalı avtomobil yaşayış evinə çırpılıb, nəticədə bir nəfər həlak olub.
Avtosfer.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə ABC telekanalı Harris dairəsi şerif ofisinə istinadən məlumat yayıb.
Hadisə iyunun 19-da axşam saatlarında Texas ştatının Keti şəhərində qeydə alınıb. Məlumata görə, Maykl Batler idarə etdiyi Tesla avtomobilində avtomatlaşdırılmış sürücüyə yardım sistemindən istifadə edirmiş.
İlkin araşdırmalara əsasən, avtomobil qarşı zolağa çıxmadan yoldan kənara çıxıb və yüksək sürətlə kərpicdən tikilmiş yaşayış evinə çırpılıb. Həmin vaxt evdə olan M. Avila zərbənin təsirindən ağır xəsarət alıb.
Qadın helikopterlə xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Qəza zamanı sürücü də xəsarət alıb. İstintaq orqanlarının məlumatına görə, onun sərxoş vəziyyətdə olmadığı müəyyən edilib və o, polis əməkdaşları ilə əməkdaşlıq edir.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir. Hələlik sürücüyə qarşı hər hansı ittiham irəli sürülməyib.
Füzulidə baş verən qəzada ölən məktəblilər dəfn edildi - FOTO
Biləcəri yolunda qəza: Avtomobillərdən biri ağaclara çırpılıb - VİDEO
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO












