ABŞ-də yanğın söndürməyə gedən helikopter qəzaya uğradı - Heyətdən xəbər yoxdur

ABŞ-nin Yuta ştatında meşə yanğınının söndürülməsi işlərinə cəlb olunan helikopterlərdən biri qəzaya uğrayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya Administrasiyası (FAA) məlumat yayıb.
Bildirilib ki, yanğının söndürülməsi üçün əraziyə göndərilən yeddi helikopterdən biri qəza keçirib. Hadisədən sonra göyərtədəki iki nəfərin taleyi barədə məlumat əldə etmək mümkün olmayıb.
Qeyd edək ki, Yuta ştatında meşə yanğını iyulun 27-də ildırım düşməsi nəticəsində başlayıb. Alov qısa müddət ərzində geniş əraziyə yayılaraq təxminən 427 kvadrat kilometr sahəni əhatə edib. Məlumata görə, yanğının başlanmasından 12 gün sonra ərazinin yalnız 19 faizi nəzarət altına alınıb. Yanğının söndürülməsi üçün havadan və qurudan genişmiqyaslı mübarizə tədbirləri davam etdirilir.
Füzulidə baş verən qəzada ölən məktəblilər dəfn edildi - FOTO
Biləcəri yolunda qəza: Avtomobillərdən biri ağaclara çırpılıb - VİDEO
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO












