Abşeronda ağır qəza:1 nəfər öldü, 2 nəfər yaralandı

Abşeron rayonunda ağır yol qəzası baş verib. Trend-in məlumatına görə, hadisə rayonun Digah-Mehdiabad yolunda baş verib. Mehdiabad qəsəbəsindən Digah istiqamətində hərəkətdə olan Şərifov Ağa Manaf oğlunun idarə etdiyi "Toyota Prado" markalı avtomobil əks istiqamətdə hərəkətdə olan və ötmə əməliyyatı aparan 1991-ci il təvəllüdlü Xudiyev Natiq Əlirza oğlunun idarə etdiyi "Lada" markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində "Lada" markalı avtomobildə olan sərnişin, 1960-cı il təvəllüdlü İbrahimov Vaqif İbrahim oğlu hadisə yerində ölüb, sürücü və digər sərnişin Xudiyev Azad Azər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Abşeron rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












