Aeroport yolunda QƏZA baş verdi: tamaşa edən sürücülər tıxac yaratdı - FOTO

Heydər Əliyev prospektində yol qəzası baş verib, nəqliyyatda sıxlıq yaranıb.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Avtosfer.az-a verilən məlumata görə, Bakı şəhərinin Nizami rayonu ərazisində, Heydər Əliyev prospektində – Bakı Olimpiya Stadionunun yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.
Qəza nəticəsində həm şəhər mərkəzi istiqamətində, həm də Aeroport şosesinə doğru nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur. Sıxlığın aradan qaldırılması məqsədilə əraziyə cəlb olunan polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülür.
Sürücülərə həmin istiqamət üzrə hərəkətdə olarkən alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Fotoya diqqətlə baxdıqda görünür ki, yol-nəqliyyat hadisəsi ayrıcı zolağın üzərində baş verib. Qəzaya uğrayan hər iki avtomobil yolun hərəkət hissəsindən kənardadır. Buna baxmayaraq, qarşı boş olduğu halda hərəkət intensivliyi aşağıdır, çünki əlinə telefon alıb çəkiliş aparan sürücülər tamaşa etməyə üstünlük verirlər.
Prospektdə qadın sürücü “BMW”ni bordürə çırpdı - VİDEO
Ödənişli yolda qəza: “Gelandewagen” maneəyə çırpılıb aşdı - VİDEO
İtaliyada avtoqəzada 6 nəfər ölüb, 34 nəfər yaralanıb
Qubada maşın aşıb: XƏSARƏT ALANLAR VAR - FOTO - YENİLƏNİB
Sumqayıtda zəncirvari qəza: Dörd avtomobil toqquşdu
Tələbə qızı dəm qazından boğulmuşdu; 3 il sonra qəzada öldü - FOTO
"BYD" "Kamaz"la toqquşdu - Ölən var - VİDEO
Hacıqabulda qəzada sürücünün həyat yoldaşı ölüb
İsmayıllıda zəncirvari AVTOQƏZA: Xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Azərbaycanda AĞIR QƏZA - ÖLƏN VAR - YENİLƏNİB
Beyləqanda ağır yol-nəqliyyat hadisəsi: Ata və oğul qəzaya düşdü










