Ağcabədidə ağır yol qəzası: 1 ölü, 2 yaralı

Ağcabədidə 1 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Qarabağ bürosunun verdiyi xəbərə görə, hadisə Mingəçevir-Bəhrəmtəpə yolunun rayonun Avşar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Qazax rayonunun Daşsalahlı kənd sakini, 1987-ci il təvəllüdlü Ceyhun Bayramov idarə etdiyi "Mutsubishi" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və avtomobili aşırıb. Nəticədə sürücü C.Bayramov hadisə yerində ölüb. Avtomobildə olan sərnişinlər - Qazax rayonunun Daşsalahlı kənd sakini, 1995-ci il təvəllüdlü Ülvi Əliyev və Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Kənan Budaqov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












