Ağdərədə tur avtobusu qəza etdi - Xəsarət alanlar var - ADLAR

Ağdərə rayonunda tur iştirakçılarını daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində beş nəfər xəsarət alıb.
Avtosfer.az-ın Teleqraf-a istinadən məlumatına görə, yol-nəqliyyat hadisəsi rayonun Vəngli kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, hərəkətdə olan mikroavtobus qarşıdan gələn minik avtomobili ilə toqquşub. Qəza nəticəsində mikroavtobusda olan sərnişinlərdən — 1984-cü il təvəllüdlü Raidə Bəxtiyar qızı İmanova, 1989-cu il təvəllüdlü Həcər Əli qızı Həsənova, 2011-ci il təvəllüdlü Minarə Elnur qızı Babayeva, 2018-ci il təvəllüdlü Hüseyn Pərviz oğlu İmanov və 1966-cı il təvəllüdlü Nərgiz Əmrah qızı Hacıyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar təcili tibbi yardım avtomobilləri ilə Bərdə Müalicə-Diagnostika Mərkəzinə çatdırılıblar.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi
Qəzada həyatını itirən Fəqan tələbə imiş - FOTO
Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib - Elşad Hacıyev
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO












