Ağır yol qəzası: yaşlı cütlüyü ölüm ayırdı

Mersinin Çamlıyayla rayonunda ağır yol qəzası baş verib.
Avtosfer.az türk mediasına istinadən xəbər verir ki, Çamlıyayla–Tarsus avtomobil yolunun Sarıkavak ərazisində gecə saatlarında Anış Beybolatın (73) idarə etdiyi minik avtomobili yol kənarında nasazlıq səbəbindən park edilmiş Erkan A.-nın idarə etdiyi TIR-a arxadan çırpılıb.
Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub. İlkin müayinədə avtomobildə sərnişin qismində olan Ahmet Beybolatın (77) həyatını itirdiyi müəyyən edilib. Onun həyat yoldaşı hadisəni eşidəndə göz yaşlarına hakim ola bilməyib.
Qəza nəticəsində yaralanan sürücü Anış Beybolat isə xəstəxanaya çatdırılıb. Ahmet Beybolatın cansız bədəni hadisə yerində aparılan araşdırmalardan sonra morqa qaldırılıb.
Qəza ilə bağlı istintaq davam edir. (sonxeber.az)
Goranboyda avtomobil piyadanı vuraraq ÖLDÜRÜB
Ağstafada iki məktəbli qızı avtomobil vurdu
Salyanda AĞIR QƏZA: İki nəfər öldü - FOTO - VİDEO
Yük maşını divara çırpıldı - Sürücü öldü - FOTO
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO
Kürdəmirdə xurma ilə dolu yük maşını aşdı - VİDEO
Şəkidə avtomobil dərəyə aşdı, ölən var
Gəncədə ağır qəza: Beş nəfər xəsarət alıb
Moped və velosiped sürən iki gənc qəzada ÖLDÜ - VİDEO
Tovuzda avtomobil AŞDI: Xəsarət alan var - FOTO
Piyadanı maşın vurdu, iş məhkəməyə düşdü - Bu dəfə sürücüyə cəza verilmədi












