Ağır yol qəzasında biri uşaq olmaqla 6 nəfər ÖLDÜ

Rusiyanın Oryol vilayətinin Sverdlovsk rayonunda mikroavtobus, yük maşını və minik avtomobillərinin zəncirvari qəzaya uğraması nəticəsində biri uşaq olmaqla altı nəfər ölüb.
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin regional mətbuat xidmətindən TASS-a bildiriblər.
İlkin məlumatlara görə, qəza Moskva vaxtı ilə təxminən saat 20:25-də Oryol-Tambov yolunun 31-ci kilometrliyində baş verib. Mikroavtobus çınqıl daşıyan yük maşını ilə toqquşub, sonra yük maşını ilə minik avtomobili toqquşub. Qəzada biri uşaq olmaqla altı nəfərin öldüyü əvvəlcədən müəyyən edilib.
Dövlət Avtomobil Müfəttişliyinin əməkdaşları hadisə yerində işləyir və hadisənin başvermə şəraitini araşdırır.
Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti altı ölüm hadisəsindən əlavə, qəzada iki nəfərin xəsarət aldığını bildirib.(report)
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi












