Ağstafada yol qəzası: 6 yaralı

Ağstafa rayonunda baş verən ağır yol qəzasında xəsarət alanların sayı 6-ya çatıb. "Report"un Qərb bürosunun məlumatına görə, Bünyamin Namazovun idarə etdiyi VAZ markalı avtomobil qarşı tərəfdən gələn avtomobillə toqquşub. Nəticədə sürücü B.Namazov və avtomobildə olan sərnişinlər - 1982-ci il təvəllüdlü İqbal Fazil oğlu Namazov, onun həyat yoldaşı, 1987-ci il təvəllüdlü Aytən Alı qızı Namazova, 2013-cü il təvəllüdlü Yusif İqbal oğlu Namazov, 1989-cu il təvəllüdlü Aygün Valeh qızı Alıyeva və 2017-ci il təvəllüdlü Onur Vüqar oğlu Alıyev ağır bədən xəsarətləri ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Qeyd edək ki, İqbal Namazov Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağstafa rayon şöbəsinin əməkdaşıdır.
***15:06
Ağstafa rayonunda yol qəzası baş verib. İki minik avtomobilinin toqquşması nəticəsində bir ailənin 4 üzvü yaralanıb. Faktla bağlı araşdırmalara başlanılıb.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












