Ağstafada yol qəzası: 6 yaralı

Ağstafa rayonunun Qırılı kəndində yol qəzası baş verib. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində biri körpə olmaqla 6 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər bunlardır: Qazaxın Fərəhli kənd sakini, 1972-ci il təvəllüdlü Mustafayev Valeh Mustafa oğlu, 1975-ci il təvəllüdlü Musayeva Xəzəngül Şəmistan qızı, Köhnə Qışlaq kənd sakinləri 1959-ci il təvəllüdlü Orucova Bəsti Şəmistan qızı, 1981-ci il təvəllüdlü Qurbanova Könül Vahid qızı, Yuxarı Göycəli kənd sakini 1966-cı il təvəllüdlü Əliyeva Təranə Şəmistan qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralılardan Valeh Mustafayev və Könül Qurbanovanın vəziyyəti ağırdır. Ağır vəziyyətdə olan Könül hamilə olduğundan əməliyyata götürülüb. Yaralılar içərisində körpə də olub və o, dərhal Qazax müalicə Diaqnostika Mərkəzinə aparılıb.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












