“Apache” qəzaya uğradı - Ölənlər var - VİDEO

ABŞ Ordusuna məxsus AH-64 “Apache” hücum helikopteri Texas ştatında təlim uçuşu zamanı qəzaya uğrayıb.
Avtosfer.az “ABC News”a istinadən xəbər verir ki, hadisə nəticəsində helikopterdə olan iki əsgər həlak olub.
Qəza avqustun 12-də günortadan sonra Salado şəhəri yaxınlığında, Fort Hud hərbi bazasının ətrafında baş verib. Bell dairəsinin Şerif Ofisi helikopterdəki hər iki şəxsin hadisə yerində öldüyünü açıqlayıb.
Məlumata görə, helikopter Fort Huddan havaya qalxaraq adi təlim uçuşu həyata keçirirmiş. Qəzanın ardından ərazidə güclü yanğın başlayıb.
Alovun yayılması səbəbindən yaxınlıqdakı bəzi evlərin sakinlərinin təxliyə edildiyi bildirilib. Hadisə yerində yanğınsöndürənlər və digər xilasedici qruplar çalışıb.
Bildirilir ki, helikopterin düşdüyü ərazidə yanğın bir müddət davam etsə də, qəza nəticəsində heç bir bina və ya digər tikiliyə ziyan dəyməyib.
ABŞ Ordusu qəzanın səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verməyib. Hadisə ilə bağlı araşdırmanın Fort Hudun cinayət istintaq bölməsi tərəfindən aparıldığı bildirilir.
Fort Hud komandirinin səlahiyyətlərini icra edən briqada generalı İtan Divən bildirib ki, hazırda əsas prioritet qəza yerinin təhlükəsizliyinin təmin edilməsi və həlak olan hərbçilərin ailələrinə dəstək göstərilməsidir.
Həlak olan iki əsgərin şəxsiyyəti hələ açıqlanmayıb. Onların adlarının ailələrinə məlumat verildikdən sonra açıqlanacağı gözlənilir.
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi
Qəzada həyatını itirən Fəqan tələbə imiş - FOTO
Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib - Elşad Hacıyev
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO












