Avtobus qəzasında beş nəfər ölüb

ABŞ-nin Virciniya ştatında, I-95 dövlətlərarası magistral yolunda sərnişin avtobusu və bir neçə avtomobilin iştirakı ilə baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində azı beş nəfər həlak olub, 44 nəfər isə yaralanıb. Avtosfer.az bu barədə "ABC News" telekanalına istinadən xəbər verir. Məlumata əsasən, qəza Vaşinqtondan təxminən 70 km cənubda, Stafford dairəsində baş verib. Polisin bildirdiyinə görə, avtobus sürücüsü yolda aparılan təmir işləri səbəbindən sürətin azaldılması barədə yol nişanlarına məhəl qoymayıb, nəticədə yolsuzluq avtomobilinə çırpılıb, daha sonra isə digər bir neçə maşınla toqquşub. Zərbənin gücündən avtomobillərdən biri alışıb. Həlak olanlar arasında Massaçuset ştatından olan dörd nəfərlik ailə var: 45 yaşlı kişi, 44 yaşlı qadın, 13 yaşlı qız və 7 yaşlı oğlan. Digər qurban isə yolsuzluq avtomobilində olan 25 yaşlı qadındır. Xəsarət alanlar xəstəxanalara çatdırılıb, onlardan üçünün vəziyyəti kritikdir. Nyu-Yorkdan Şarlott (Şimali Karolina ştatı) şəhərinə hərəkət edən avtobusda təxminən 34 sərnişin olub. Avtobusun sürücüsü də xəsarət alıb. Faktla bağlı araşdırma aparılır, ABŞ-nin Milli Nəqliyyat Təhlükəsizliyi Şurası artıq təhqiqata qoşulub.
Füzulidə baş verən qəzada ölən məktəblilər dəfn edildi - FOTO
Biləcəri yolunda qəza: Avtomobillərdən biri ağaclara çırpılıb - VİDEO
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO












