Avtobus sürücüsü sükan arxasında vəfat etdi: Sərnişin qəzanın qarşısını aldı - VİDEO

Türkiyənin Qaziantep şəhərində xüsusi marşrut avtobusu sürücüsü Ahmet Kılınç (60) sükan arxasında olarkən qəfil ürəktutması keçirərək vəfat edib.
Avtosfer.az türk mediasına istinadən xəbər verir ki, hadisə zamanı avtobusun idarəetməsi itirilib, lakin sərnişinlərdən biri vaxtında müdaxilə edərək nəqliyyat vasitəsini dayandırıb və mümkün faciənin qarşısını alıb.
Ətrafdakıların çağırışı ilə hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Təcili yardım əməkdaşlarının ilkin yoxlamasından sonra sürücü Ahmet Kılınçın hadisə yerində vəfat etdiyi müəyyən olunub.
Hadisə anı avtobusun təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Görüntülərdə Ahmet Kılınçın bir anda yerə yıxıldığı, avtobusun istiqamətdən çıxdığı və sərnişinin vaxtında müdaxiləsi ilə nəqliyyat vasitəsinin dayandırıldığı açıq şəkildə görünür.
Həmçinin, hadisə zamanı digər sərnişinlərin yaşadığı panika da kadrlara əks olunub.
Faktla bağlı araşdırma aparılır.(sonxeber.az)
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi












