Avtomobil arakəsməyə çırpıldı: ölən və yaralanan var - FOTO

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb. "Report"un xəbərinə görə, yol qəzası Ekologiya postuna yaxın ərazidə baş verib. Bakı-Sumqayıt şosesində paytaxt istiqamətində hərəkətdə olarkən Cəfərov Marat Çoban oğlu idarə etdiyi 99-EZ-521 dövlət nişanlı "Mercedes" markalı avtomobillə arakəsmə dəmirə çırpılıb. Dəmir avtomobilin ön tərəfindən salona girərək arxa şüşədən çıxıb. Nəticədə sərnişin, 1955-ci il təvəllüdlü Cəfərova Solmaz Yunis qızının ayaqları kəsilib. O, çoxlu qan itirib. Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törədən sürücü isə yüngül bədən xəsarətləri aldığından evə buraxılıb. Qeyd edək ki, ölən sərnişin M.Cəfərovun həyat yoldaşı olub. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən avtotexniki ekspertiza təyin edilib. Avtomobil yararsız hala düşdüyündən cərimə meydançasına yerləşdirilib.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO














