Avtomobil çaya aşdı: 6 ölü, 4 yaralı

İyulun 3-nə keçən gecə Nepalin şərqində yerləşən Kosi zonasında baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 6 Hindistan vətəndaşı həlak olub.
Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, insident Nepalın Hindistanla sərhədi yaxınlığında qeydə alınıb. Avtomobilin çaya aşmasının səbəbi bəlli deyil.
Qəza nəticəsində sərnişinlərin 3-ü hadisə yerində, digər 3-ü isə xəstəxanaya aparılan zaman həlak olub. Həmçinin avtomobilin sürücüsü də daxil olmaqla daha 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə ilə əlaqədar təhqiqat başlayıb.
Qeyd edək ki, avtomobil yollarında sıxlıq, yol örtüyünün vəziyyətinin pis olması və sürücülərin intizamsızlığı Hindistanda ciddi yol-nəqliyyat hadisələrinə səbəb olur. Rəsmi məlumata əsasən, hər gün qəzalar nəticəsində ölkədə 400 nəfərədək, il ərzində isə təxminən 150 min insan həyatını itirir.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












