Avtomobil körpüdən dərəyə düşdü: 3 yaralı - Şəkidə

Şəkidə avtomobil körpüdən dərəyə düşüb, üç nəfər xəsarət alıb. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, hadisə sentyabrın 6-dan 7-nə gecə saat 4 radələrində Şəki-Qax avtomobil yolunda baş verib. Şəki şəhər sakini 1986-cı il təvəllüdlü Asif Vahid oğlu Qurbanovun idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşın ərazidən axan çayın üzərindəki rəmzi “İncə” körpüsündən dərəyə yuvarlanıb. Qəzadan sonra sürücü Asif Qurbanov və avtomobildə olan Şəki şəhər sakinləri - 1996-cı il təvəllüdlü Taleh Etibar oğlu Mahmudov və 1992-ci il təvəllüdlü Ceyhun Şirməmməd oğlu Beydiyev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar. MRX-dan “Report”a bildirlib ki, yaralılardan Asif Qurbanov vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Yaralılardan Ceyhun Beydiyev cərrahiyə şöbəsinə yerləşdirilib, Taleh Mahmudovun vəziyyəti yüngül olduğundan ona xəstəxanada ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb. Faktla bağlı DİN-in Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












