Avtomobil üzüm piştaxtasına çırpıldı: satıcı komaya düşüb - Cəlilabadda

Cəlilabad rayonunda bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Ələt-Astara magistral avtomobil yolunun rayonun Alar kəndindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, yüksək sürətlə hərəkət edən "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında qurulmuş üzüm piştaxtasına çırpılıb. Hadisə nəticəsində orada olan rayonun 2009-cu il təvəllüdlü Alar kənd sakini Əsgərov Taleh Sərvər oğlu ağır xəsarət alıb. Yaralı sürücü tərəfindən əvvəlcə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına (RMX), ardınca isə Biləsuvar RMX-yə aparılıb. O, bel sümüklərinin sınığı və baş nahiyəsindən aldığı ağır xəsarətlərlə koma vəziyyətində xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












